Ana SƏHİFƏ ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Haqqımızda

Kollec haqqında ümumi məlumat

      Mingəçevir Turizm Kolleci Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli 45 saylı qərarı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 101 № li 10.04.2006-cı il tarixli əmri ilə Mingəçevir  şəhərində Bakı Bədən Tərbiyəsi  və Turizm Kollecinin Mingəçevir şöbəsinin bazasında  yaradılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 09.06.2006-cı il tarixli 1106 A2 447 № li şəhadətnaməsi ilə dövlət qeydiyyatına alınaraq  fəaliyyətə başlamışdır.
2018-ci  ildən etibarən Prezident İlham Əliyevin  mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı imzaladığı Sərəncama uyğun olaraq Mingəçevir Turizm Kolleci  yeni yaradılmış Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyinə verilmiş təşkilatların sırasına daxil edilib.
 
Mingəçevir  Turizm Kollecində mütəxəssis hazırlığı 2 təhsil forması üzrə aparılır.
  1. Əyani təhsil
  2. Qiyabi təhsil
2006-2018-ci illər ərzində  kollecdə 15 ixtisas üzrə mütəxəssis hazırlığı  aparılmışdır:
  1. “İbtidai sinif müəllimliyi”
  2. “Bədən tərbiyəsi və idman”
  3. “Mühasibat uçotu”
  4. “Turist, mehmanxana  təsərrüfatının təşkili və idarə olunması”
  5. “Turizm və onun təşkili”
  6. “Turist və sanatoriya-kurort komplekslərində tibbi xidmətin təşkili”
  7. “Dekorativ tətbiqi incəsənət və xalq sənəti”
  8. “Nəqliyyatda daşımaların təşkili”
  9. “Məktəbəqədər təlim və tərbiyə”
  10. “Bələdçilik işi”
  11. “Muzey işi və abidələrin mühafizəsi”
  12. “Reklam işi”
  13. “İngilis dili”
  14. “Mehmanxana, turist-sanatoriya və kurort komplekslərində iaşə və servis”
  15. “Dizayn”    
2006-2017-ci illər üzrə Mingəçevir Turizm Kollecinə qeyd olunan ixtisaslar üzrə 8121 nəfər tələbə qəbul olunub.

 Mingəçevir Turizm Kollecinə tələbə qəbulu qayadaları və qəbul prosesi

     Hər tədris ili üçün kollec tələbə qəbulu layihəsini təsisçiyə təqdim edir və təsisçi təsdiq edərək Azərbaycan  Respublikası Nazirlər Kabinetinə göndərir. Tələbə qəbulu planı təsdiq edildikdən sonra DİM-ə göndərilir və abituriyent jurnalında dərc edilir.
Mingəçevir Turizm Kollecinə tələbə qəbulu Azərbaycan  Respublikası Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümümi orta və tam orta təhsil bazasından aparılır. DİM test imtahanlarının nəticəsinə görə kollecə qəbul olunan abituriyentlərin siyahısını təsdiq etdikdən sonra  abituriyentlər qeydiyyat üçün tələb olunan şərtləri yerinə yetirdikdən sonra (müvafiq sənədləri təqdim etməklə, ödənişli əsaslarla qəbul olanlar təhsil xərcini bank hesabına ödəməklə) qeydiyyata alınır və bundan sonra DİM tərəfindən onların qəbul əmrləri kollecə göndərilir. Ümumi orta təhsil bazasından  yalnız əyani təhsil üzrə, tam orta təhsil bazasından isə əyani və qiyabi təhsil forması üzrə tələbə qəbulu aparılır. Tələbə qəbulu dövlət hesablı və ödənişli əsaslarla  həyata keçirilir.
Mingəçevir Turizm Kollecində ümümi orta təhsil bazasında ixtisasların xüsusiyyətindən asılı olaraq normativ təhsil müddəti 3-4 il, tam orta təhsil bazasından isə 2-3 ildir. Qiyabi təhsil forması üzrə isə 3-4 ildir.
 
2006-2018-ci illər üzrə Mingəçevir Turizm Kollecinə tələbə qəbulunun nəticələri haqqında məlumat
 
İllər Tələbə sayı
2006 346
2007 385
2008 650
2009 784
2010 857
2011 919
2012 695
2013 771
2014 800
2015 564
2016 650
2017 700
2018 936
Cəmi: 8122
 
     2010-cu ildən  etibarən “İngilis dili”, 2012-ci ildən “İbtidai sinif müəllimliyi”, 2016-cı ildən isə “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə tələbə qəbulu dayandırılmışdır.
   2018/2019-cu tədris ili üzrə tələbə qəbulu planında 14 ixtisas üzrə 1089 nəfər tələbə qəbulu planlaşdırılmışdır. Turizmin inkişafında kadr hazırlığının tələbləri nəzərə alınaraq qəbul planına ilk dəfə olaraq  “Turizmin iqtisadiyyatı” və “Rekreasiya, idman və sağlamlıq turizmi” ixtisasları əlavə olunub.
   2006-2018-ci  tədris illəri üzrə 6612 nəfər  tələbə  kollecdə təhsilini  müvəffəqiyyətlə başa vurub. Məzunların 157 nəfəri “Fərqlənmə diplomu”na layiq görülüb.
 
2006-2018-ci illər üzrə Mingəçevir Turizm Kollecinin məzunlarının  sayı haqqında  ümumi məlumat
 
   
İllər Tələbə sayı
2006 355
2007 382
2008 466
2009 320
2010 374
2011 527
2012 695
2013 709
2014 694
2015 607
2016 468
2017 556
2018 459
Cəmi:                    6612 (Fərqlənmə 157)
   
    2018/2019-cu tədris ilinin başlanğıcında tələbə kontingenti:
 
Əyani təhsil üzrə   1386 nəfər
  • Turizm və onun təşkili ixtisası  - 160 nəfər
  • Turist, mehmanxana  təsərrüfatının təşkili və idarə olunması –   147 nəfər
  • Turist və sanatoriya-kurort komplekslərində tibbi xidmətin təşkili – 198 nəfər
  • Muzey işi və abidələrin mühafizəsi – 110 nəfər
  • Reklam işi – 78 nəfər
  • Bələdçilik işi – 60 nəfər
  • Dizayn – 28 nəfər
  • Nəqliyyatda daşımaların təşkili – 184 nəfər
  • Bədən tərbiyəsi və idman – 124 nəfər
  • Mühasibat uçotu – 90 nəfər
  • Turizmin iqtisadiyyatı- 44
  • Mehmanxana, turist-sanatoriya və kurort komplekslərində iaşə və servis – 111 nəfər
  • Rekreasiya idman və sağlamlıq turizmi - 49
Qiyabi təhsil üzrə cəmi 597 nəfər
 
Kollec üzrə tələbələrin ümumi  sayı 1983 nəfər olmuşdur.
 
2018/2019-ci tədris ilində ümumi işçilərin sayı
Ümumi işçilər   150 nəfər
professor müəllim heyəti: 105
84 nəfər tam ştat üzrə, 10 nəfər 0,5 ştat üzrə
kənar saathesabı üzrə(əvəzçiliklə) 11 nəfər, büdcədən kənar işçilər: 17 nəfər. 1 nəfər müəllimə analıq məzuniyyətində, 7 nəfər qismən ödənişli sosial məzuniyyətdədir.
 
Pedaqoji heyət üzvlərinin  2 nəfəri elmlər doktoru, 3 nəfəri  elmlər namizədi, 8 nəfəri magistr, qalanları bakalavr təhsil dərəcəsinə malik mütəxəssislərdir.

    Mingəçevir Turizm Kollecində tədris prosesi
 
      2006-cı ildən  etibarən 2010-cu ilədək tədris prosesinin təşkili 5 ballı qiymətləndirmə sistemi ilə aparılmışdır. Bütün ixtisaslar üzrə tədris planları  və  fənlər üzrə proqramlar bu tədris sisteminə müvafiq  şəkildə hazırlanaraq  mütəxəssis hazırlığı aparılmışdır. 2010-cu ildə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına uyğun olaraq ixtisasların təsnifatının yeni şifrlənməsi ilə tədris planları hazırlanmış və tələbələrin biliyinin qiymətləndirilməsində 10 ballı qiymətləndirmə sistemi tətbiq olunmağa başlanıb.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 101 № li 31. 01. 2014 - cü il tarixli əmri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Orta ixtisas təhsil müəssisələrində kredit  sistemi  ilə tədrisin  təşkili  qaydaları”nın  təsdiq edilməsi haqqında  26  dekabr  2013-cü il tarixli 354 № li qərarının icrası ilə əlaqədar  kollecdə  təlim prosesi kredit sistemilə həyata keçirilib. Bütün tədris illəri üzrə tədris ilinin başlanğıcında  ixtisaslar üzrə yeni tədris planları hazırlanmış, kollecin pedoqoji şurasının  qərarından sonra kollec rəhbərliyi  tərəfindən təsdiq olunmuş və mütəxəssis hazırlığı bu plana müvafiq aparılmışdır. Tədris illərinin başlanğıcında  müəllimlərin pedoqoji ustalığının artırılması, tədris prosesinə müvafiq  fənn proqramlarının hazırlanması və təsdiqi, müasir təlim metodları ilə tədris prosesinin təmin edilməsi məqsədilə fənn komissiyaları yaradılmışdır.
  
2018/19-cu tədris ilində aşağıdakı fənn komissiyaları fəaliyyət göstərir:
 
1. «Turizm » fənn komissiyası
2. «Riyaziyyat, fizika, informatika və iqtisadiyyat» fənn komissiyası
3. «Nəqliyyat » fənn komissiyası
4. «Xarici dillər » fənn komissiyası
5. «Azərbaycan dili, ədəbiyyat və təsviri sənət» fənn komissiyası
6. «Pedoqogika, psixologiya, kimya, biologiya, və tibbi  biologiya» fənn komissiyası
7. «İdman və Gənclərin Çağırışa Qədərki hazırlığı» fənn komissiyası
8. Humanitar» fənn komissiyası
Fənn komissiyaları tərəfindən 300-dək artıq fənn proqramı hazırlanmış və təsdiq edilmişdir.

      Bütün tədris illəri üzrə kollec rəhbərliyinin  əmri ilə  pedoqoji şura yaradılmış,   bu şurada kollecin bütün  tədris illəri üzrə fəaliyyətinin əsas elementlərinin müzakirələri aparılmış, müvafiq qərarlar qəbul edilmişdir. 2018/2019-cu tədris ilində pedoqoji şura üzvlərinin sayı 94 nəfərdir.
      Tədris işinin operativ nəzarətini təmin etmək məqsədi ilə bütün tədris illəri üzrə direktoryanı fəaliyyət göstərir. 2018/2019-ci  tədris ili üzrə direktoryanı şura üzvlərinin sayı 28 nəfərdir.
   Bütün tədris illəri üzrə hər tədris ilinin əvvəlindən etibarən şöbələr üzrə qruplarda tələbələrin təlim-tərbiyə işlərinin möhkəmləndirilməsi, tələbələrin asudə vaxtlarından istifadəsinin yaxşılaşdırılması məqsədilə  qrup rəhbərləri təyinatı aparılmışdır. 2018/2019-cu tədris ili üzrə  19 nəfər (6 nəfər ictimai əsaslarla) qrup rəhbərləri təyin edilmişdir.   
     Müasir təlim metodlarından istifadəni  təmin etmək məqsədi ilə  kollecin maddi texniki bazasının zənginləşdirilməsi üzərində davamlı və məqsədyönlü  iş aparılıb.  Fənn kabinetləri  müşahidə kameraları ilə təchiz edilmiş, imtahan qəbul kabinetləri müşahidə üçün monitorlarla əlaqələndirilmişdir. ( Son illər imtahanların “Elektron imtahan qəbulu” sistemi  ilə aparılması imtahanların daha obyektiv nəticələrini təmin edib). Struktur bölmə rəhbərlərinin kabinetləri daxili telefonlarla əlaqələndirilib. Bu  tədris prosesinə operativ nəzarəti təmin etməyə imkan yaradıb.
      Kollecin əsas tədris binasında yerləşən  bütün fənn kabinetlərində kinoproyektor, elektron-ağıllı lövhələr quraşdırılmış, 2 müasir laboratoriya və 1 linqafon kabineti yaradılmışdır.
    Kollecin inzibati korpuslarında və köməkçi binalarında yanğın təhlükəsizliyi qaydalarına əməl olunub. Qeyd olunan binalar mühafizə siqnalizasiya sistemi ilə təmin edilib.
    Mingəçevir Turizm Kollecinin internetdə www.mtk.az saytı fəaliyyət göstərir.  Saytda kollecin ümumi fəaliyyətini əks etdirən  materiallar davamlı olaraq öz əksini tapır. Tədris planları, fənlər üzrə  proqramlar, fənlər üzrə mühazirələr, dərs, imtahan cədvəlləri, qiyabi təhsil üzrə tələbələrin dərs qrafikləri bu saytda yerləşdirilir. Kollecin elektron kitabxana sisteminin yaradılması üzərində  məqsədyönlü iş aparılır və artıq bu proses  yekunlaşmaq üzrədir.
    Kollecin 27030 nüsxədən  ibarət  kitab  fondu olan kitabxanası fəaliyyət göstərir.  Kitab fondu əsasən  dərsliklər və dərs vəsaitləri, tədris metodiki sorğu və  elmi-siyasi ədəbiyyatlar, bədii publisistik və normativ, hüquqi, fəlsəfi, tibbi, turizm və idman sahələrinin əks etdirən ədəbiyyatlardan  ibarətdir. Kitabxananın ümumi sahəsi 125.3 kv/m-dir, oxu zalı  40 nəfərlikdir.
      
İstehsalat təcrübələrinin keçirilməsi
 
Mingəçevir Turizm Kollecində tədris müddətində aşağıdakı təcrübələr keçirilir:
   - tədris təcrübəsi;
   - istehsalat (pedaqoji) təcrübəsi, o cümlədən diplomqabağı təcrübə
  Tədris təcrübəsi təhsil müəssisəsinin müvafiq struktur bölmələrində (laboratoriyalarda, təcrübə-sınaq poliqonlarında, trenajorlarda, elmi-tədqiqat laboratoriyalarında, tədris emalatxanalarında və s.) keçirilir. İxtisasların xüsusiyyətlərindən asılı olaraq, zəruri hallarda tədris təcrübəsi istehsalatlarda və digər struktur bölmələrində keçirilir.
      İstehsalat (pedaqoji), diplomqabağı təcrübə bir qayda olaraq, müəssisə, idarə və təşkilatlarda keçirilir.
Tədris planına müvafiq olaraq kollec sosial portnyorları ilə qarşılıqlı əməkdaşlıq həyata keçirir,  tələbələr müxtəlif müəssiə, təşkilat və şirkətlərdə istehsalat təcrübəsi keçir. Təcrübələrin keçirilməsi haqqında Əsasnamənin  tələblərinə uyğun olaraq  bütün qruplar üzrə təcrübə keçirilən müəssisələrlə müvafiq müqavilələr bağlanılır, tələbələrin təcrübələrə göndərilməsi haqqında əmrlər verilir. 
Təcrübələr ixtisaslara uyğun olaraq əsasən aşağıdakı müəssisələrdə keçirilir.
  1. “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə Mingəçevir şəhər 16 № li “Aynur” körpələr evi uşaq bağçası, Mingəçevir şəhər 4 № li “Göyərçin körpələr evi” uşaq bağçası
  2. “Turist mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi”, “Turizm və onun təşkili” ixtisasları üzrə - Mingəçevir “Avtovağzal” MMC, “RİVER SİDE” oteli, Mingəçevir “Ağsaray” oteli, “Qafqaz”, “Yeddi Gözəl” oteli, Qax rayon İlisu kəndi  “Uludağ” turizm və istirahət kompleksi, “Şəki Saray” oteli, Oğuz rayon “Afra” oteli, Gilan MMC “Qafqaz Resort Hoteli” və digər ünvanlar bu siyahıya daxildir.
  3. “Bələdçilik işi” ixtisası üzrə Mingəçevir Tarix Muzeyi, Mingəçevir “RİVER SİDE” oteli, “Zirvə Moteli”, regionun  tarix-diyarşünaslıq muzeyləri
  4. “Mühasibat uçotu” ixtisası üzrə Mingəçevir şəhər “Kür” Komputer Zavodu-“HTECH invest” MMC, Mingəçevir “Şüşə Lifi” ASC, regionun Maliyyə idarələri, Gəncə Regional Turizm İnformasiya Mərkəzi
  5. “Bədən tərbiyəsi və idman” ixtisası üzrə Mingəçevir şəhər Gənclər və İdman İdarəsi, Mingəçevir şəhər UGİM-ə, regionun UGİM-ləri, Mingəçevir şəhər tam orta təhsil məktəbləri
  6. “Reklam işi” ixtisası üzrə Mingəçevir Dövlət Rəsm Qalereyası, Mingəçevir Televiziya və Radio şirkəti
  7. “Turist və sanatoriya-kurort komplekslərində tibbi xidmətin təşkili” ixtisası üzrə Mingəçevir şəhər “Nərgiz” klinikası, Mingəçevir şəhər Təcili və təxirəsalınmaz tibbi yardım xidməti , Mingəçevir şəhər “Dəri-zöhrəvi dispanseri”, Mingəçevir şəhər “Tələbə” Poliklinikası
  8. “Nəqliyyatda daşımaların təşkili” ixtisası üzrə” Hərbi Vətənpərvərlik mütəxəssis hazırlığı mərkəzi” MMC-nin 1 №- li filialı, Mingəçevir şəhər yük və sərnişindaşıma müəssisələri
  9. “Muzey işi və abidələrin mühafizəsi” ixtisası üzrə Mingəçevir Dövlət Tarix Muzeyi
 
Dövlət imtahanlarının təşkili
 
     Buraxılış qruplarında Dövlət İmtahanlarının təşkili və keçirilməsi məqsədilə Əsasnaməyə  müvafiq  olaraq, Dövlət İmtahan Komissiyasına  sədrlərin təyini üçün  işəgötürən  müəssisələrdən  dəvət edilmiş mütəxəssislərin işlədikləri müəssisələrdən  razılıq məktubları alınmış,  razılıq üçün, kollecin təsisçisinə göndərilmişdir. Təsisçinin razılığından sonra direktorun əmri ilə bütün ixtisaslara uyğun Dövlət Attestasiya Komissiyaları yaradılmışdır. 
     Dövlət imtahan cədvəli tərtib olunmuş və təsdiq  edilmişdir. Dövlət imtahan cədvəlinə uyğun  olaraq  bütün qruplarda dövlət imtahanları  qəbul olunmuş, nəticələr protokollaşdırılmış və təsdiq  edilmişdir. DİK sədrlərinin hesabatları hazırlanmışdır.
 
Beynəlxalq əlaqələr
 
         Mingəçevir Turizm Kollecinin fəaliyyətinin uğurlu istiqamətlərindən biri beynəlxalq əməkdaşlıq əlaqələridir. Dünyanın qabaqcıl təhsil müəssisələri və elmi mərkəzləri ilə kollec arasında yaranan əməkdaşlıq əlaqələri zaman-zaman ən müasir tədris təlim metodlarını, innovativ dəyərləri öyrənərək Mingəçevir Turizm Kollecində uğurla tətbiq etməyə imkan verib. Bu isə kadr hazırlığı prosesinə müsbət təsiri ilə yadda qalıb.
    Böyük Britaniyanın-Şotlandiyanın Stivenson Kolleci ilə “İş üçün bacarıqlar” layihəsi çərçivəsində başlanılan işgüzar və səmərələli əməkdaşlıq münasibətləri nəticəsində fəal pedaqoq tələbə mübadiləsi aparılıb, beynəlxaqlq əhəmiyyətli seminar treninqlər təşkil olub, beynəlxalq konfranslarda birgə iştirak təmin olunub,  yeni nəzəri materiallar, metodik vasitələr hazırlanaraq təqdim olunub. Daha sonra Əməkdaşlıq əlaqələri coğrafiyası  avroasiyanın digər məmləkətlərinə uzanıb. Rumıniyanın Andreyi Barseanu Kolleci,  Rusiyanın Moskva Humanitar, həmçinin Moskva Biznes və İqtisadiyyat Kollecləri, Qazaxıstanın Almatı  Dövlət Biznes və Menecment Kolleci ilə çox səmərəli əməkdaşlıq əlaqələri yaradılıb. Avropa Təhsil  komissiyası xəttilə Tempus proqramı çərçivəsində həyata keçirilən layihədə Mingəçevir Turizm Kollecinin iştirakı kollektivə yeni təcrübə qazandırıb. Almaniyanın Yade Unversiteti və Fransanın Qrenobl Akademiyası ilə münasibətlər  təhsil müəssisəsinin qabaqcıl avropa təhsil ənənələrinə inteqrasiyasını xeyli sürətləndirib, “Turist, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi” ixtisası üzrə mütəxəssis hazırlığında yeni tədris planı hazırlığına zəmin yaradıb. Həmin tədris planına uyğun olaraq məzunlar kolleci bitirdikdən sonra birbaşa qəbul imtanları vermədən Azərbaycan Turizm və Menecment Universitetinin II kursunda təhsillərini davam etdirə bilmə şansı qazanıb. Belarus Respublikasının Polotsk Dövlət Universiteti və Brest dövlət Texniki Unversiteti ilə mövcud olan əməkdaşlıq əlaqələri və aparılan müzakirələr də son nəticədə kollec tələbələrinə Belarus ali təhsil müəssisələrində təhsillərini davam etdirmək üçün bu cür şansların  yaradılmasını nəzərdə tutur.
    Hazırda kollecin əməkdaşlıq əlaqələri yeni mərhələyə qədəm qoyub. 2017/2018-ci tədris ilindən etibarən Mingəçevir Turizm Kolleci ilə Rusiyanın Sankt-Peterburq Turizm və Otel servisi Kolleci arasında yeni əməkdaşlıq münasibətlərinin təməli atılıb. Bu məqsədlə  qarşılıqlı səfərlər düzənlənib. Hər iki tərəf  təhsil müəssisələrinin maddi texniki bazası, tədris metodları və əldə etdiyi təcrübə və uğurlarla yaxından tanış olub. Eyni zamanda Sankt Peterburqda “Sosial portnyorluq əlaqələrinin tədris prosesinə təsiri” mövzusunda keçirilən beynəlxalq konfransa tərəfdaş iki təhsil ocağı birgə təşkilatçılıq edib. Konfransda Rusiya və Azərbaycanla yanaşı İtaliya və Finlandiyanın qabaqcıl təhsil müəssisələri və otel təmsilçiləri iştirak edib. Konfransda İtaliyanın Kazarqu şəhərinin meri, School CEPA hotelinin administrator məsləhətçisi Skarpa Pina, İtaliyanın İPS Veccari təhsil müəssisəsinin direktoru Petro Rapizarda və həmin təhsil ocağının müəllimi Nikola Klaudia Aleccandra, həmçinin Finlandiyanın Savonlinna şəhərinin SAMLedu kollecinin müəllimləri Mika Nenonen, Timo Leso və həmin kollecin beynəlxalq təhsil proqramlarının rəhbəri Yuti Noora geniş məruzələrlə çıxış etmiş, “İtaliyada innovasiyalı peşəkar təhsildə beynəlxalq sosial əməkdaşlığın rolu”, “Qastronomik peşəkar usta müsabiqələri təcrübəsi”, “Qastronomik və sosial müsabiqə - sakitliyin divarını qırırıq”, “İtaliyanın alternativ proqramları – tələbələr işdə”, “Finlandiyada təhsil islahatlarından sonra təhsilin təşkili”, “Peşəkar kollecdə real iş şəraiti üçün kadr hazırlığı” mövzularında müzakirələr aparılmışdır.
 
     Kollec hazırda Sankt Peterburq Qonaqpərvərlik İnistitutu ilə fəal əməkdaşlıq münasibətilə müzakirələr aparır. Artıq ilkin razılıq əldə edilib və ali təhsil müəssisəsinin nümayəndə heyəti Mingəçevirli həmkarlarının dəvəti ilə Bakıda keçirilmiş son Beynəlxalq Turizm və Səyahətlər sərgisini ziyarət edib.
Mingəçevir Turizm Kolleci tələbələrin əcnəbi ölkələrdə istehsalat təcrübəsi keçməsi və yeni bilik və bacarıqları mənimsəməsi üçün fərqli ölkələrin tanınmış turizm şirkətləri ilə müzakirələr aparır. Şri Lankanın Aypense Travel  şirkəti ilə artıq bu barədə ilkin razılıq əldə olunub və əməkdaşlıq sazişi layihəsi öyrənilməsi üçün tərəflərin təhlilinə təqdim olunub.
Mingəçevir Turizm Kolleci beynəlxalq sərgilərdə fəal iştirakı ilə turizmin və turizm yönlü təhsilin təbliği istiqamətində önəmli addımlar atır. Kollektiv 5 dəfə ölkə paytaxtında təşki olunan Beynəlxalq Turizm və Səyahətlər sərgisinə qatılaraq, sərgidə böyük təmsilçilik guşəsi ilə təmsil olunub. Həmin sərgilərdən ikisində  kollecin təmsilçilik guşəsini ölkə prezidenti cənab İlham Əliyev ziyarət edərək kollektivə arzu, istək və tövsiyyələrini çatdırıb.
 
 
Kollecin təşkilatçılıq potensialı və qazandığı digər uğurlar
 
    Mingəçevir Turizm Kolleci tədris işinin təkmilləşdirilməsi, yaradıcı pedaqoji fəaliyyətin stimullaşdırılması, elmi yaradıcı axtarışların gücləndirilməsi, tələbə gənclərin istedadlarının ortaya çıxarılaraq dəstəklənməsi, gənclərin vətənpərvər və ictimaiyyətçilik ruhunun möhkəmləndirilməsi və istirahətinin səmərəli təşkili üçün məqsədyönlü addımlar atır.
Turizmin ənənvi və qeyri ənənəvi sahələrinin inkişafına dair müzakirələrin aparılması üçün davamlı olaraq regional və respublika əhəmiyyətli konfranslara təşəbbüs göstərərək təşkilatçılıq edib. (bunun örnəklərindən - “Azərbaycanda sağlamlıq-rekreasiya turizminin inkişaf istiqamətləri və mövcud vəziyyət” və “Turizm təhsilində işəgötürənlərlə əməkdaşlığın rolu” adlı regional konfranslar)
      Turizm ixtisasları üçün zəruri olan bir sıra dərslik və elmi metodik vasitələr hazırlanaraq pedaqoq və tələbələrin ixtiyarına verilib. Hazırda “Rekreasiya idman sağlamlıq turizmi” dərslik vəsaitinin hazırlanması üçün kollektivin yaradıcı potensialı hazırlıq işləri həyata keçirir.
       Kollec il ərzində 50 dən çox elmi nəzəri konfrans, 40-a yaxın mədəni kütləvi tədbir təşkil edərək  müəssisənin mövcud tarixi, elmi və mədəni  dəyərlərə bağlılığını möhkəmləndirməyə çalışır. O cümlədən görkəmli sənətkarlar  Bülbülün 120, Tofiq Quliyevin 100, Fərhad Bədəlbəylinin 70, xalq rəssamı, heykəltaraş Tokay Məmmədovun 90, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi təntənə ilə bayram edilib.
     Kollecdə tələbə gənclərin elmi yaradıcı və fiziki potensialının üzə çıxarılması üçün özfəaliyyət dərnəkləri, eləcə də idman bölmələri fəaliyyət göstərir. Həmin istedadların iştirakı ilə  kolec və ümumşəhər əhəmiyyətli mədəni kütləvi tədbirlər, sərgi, müsabiqə, festival və idman yarışları təşkil olunur. Kollecin MTK-Kür futbol komandası bir dəfə futbol üzrə respublika həvəskarlar liqasının qalibi, bir dəfə isə  Ukaynada keçirilən beynəlxalq turnirin mükafatçısı adını qazanıb. Fərdi idman növləri üzrə kollecli gənclərin naliyyətləri də yetərincədir. Eyni zamanda istedadlı tələbələrdən təşkil olunmuş kollec qrupu Mübariz İbrahimov adına respublika Teatr festivalında mükafatçılar sırasında yer alıb.
   Gənclərin vətənə, onun gözəlliklərinə, tarixi dəyərlərinə bağlılığını möhkəmləndirmək üçün vaxtaşrı respublikanın dilbər guşələrinə, tarixi qoruqlarına ekskursiyalar və istirahət turları təşkil olunur.
     Mingəçevir Turizm Kollecinin  diqqət çəkən üstünlükləindən biri də odur ki, kolleclə indiyədək təhsil müəssisəsini bitirmiş 7 minə yaxın məzun arasında intensiv əlaqə mövcuddur. Kollektiv təhsil dönəmindən sonra da məzunları ilə daimi təmas halında olaraq  karyerə yolları ilə bağlı araşdırmalar aparıb, ehtiyac duyulan dəstəyi nümayiş etdirir.
     Perspektiv olaraq kollecin maddi texniki bazasının möhkəmləndirilməsi, yeni tələbə yataqxanasının inşa olunması, müəssisəyə məxsus təcrübə yerlərinin yaradılması, tələbələrin əcnəbi ölkələrdə istehsalat təcrübəsi keçməsinin təmin olunması, turizm vasitələrinin və rəmzlərinin istehsalı sexinin formalaşdırılması  ilə ölkə turizminin təbliğ edilməsi, yeni dərslik və metodik vasitələrin hazırlanmasında yaradıcı  potensialın stimullaşdırılması və  müasir  qabaqcıl beynəlxalq örnəklərin tədris prosesində tətbiq olunması nəzərdə tutulur.
 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci