ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində Mingəçevir şəhərinin 70 illik yubileyi qeyd olunub

Nur şəhəri Mingəçevirin muasir tarixinin 70 ilik yubileyi Mingəçevir Turizm Kollecində həftələrdir ki, davam edən çoxsaylı bayram tədbirləri ilə qeyd olunur.


     Nur şəhəri Mingəçevirin  muasir tarixinin 70 ilik yubileyi Mingəçevir Turizm Kollecində  həftələrdir ki, davam edən çoxsaylı bayram tədbirləri ilə qeyd olunur. Belə ki, təhsil müəssisəsində öncədən müəyyən olunmuş  yubiley tədbirləri  planına  müvafiq olaraq kollecdə bilik yarışı, kitab sərgisi, “Muğan” poeması sənədli filminə  baxış,  rəsm və inşa müsabiqəsi, futbol turniri  və sərgi  keçirilib, eləcə də Heydər Əliyev Mərkəzinə, şəhər tarix muzeyinə, Qafqazın ilk enerji nəhəngi olan Su Elektrik Stansiyasına pedaqoq və tələbələrin ekskursiyası təşkil olunub. Yeri gəlmişkən qeyd edək ki, tədbirlər silsiləsinə daxil olan rəsm və əl işləri sərgisinin qapıları günlərdir ki,  izləyicilərin üzünə açıq saxlanılır. Yubiley ərəfəsinə təsadüf edən ”70 yaşlı şəhərim” adlı elmi nəzəri konfrans iştirakçıları da qeyd olunan marağı nəzərə alaraq konfrans öncəsi sərgini ziyarət edib.  Burada onlar incəsənətin müxtəlif  janrlarını əhatə edən dəyərli sənət nümunələri ilə yaxından tanış olub.Tələbələrin yaradıcı uğurları hər kəsin maraq və rəğbətinə tuş gəlib.

    Daha sonra  Mingəçevirin  70 illik tarixinə həsr olunmuş  elmi –nəzəri konfransda maraqlı müzakirələr aparılıb. Kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov çıxış edərək   ölkənin dördüncü  şəhəri olan Mingəçevirin qədim və müasir tarixi barədə ətraflı məlumat verib. Hətta bir çox mənbələrdə indiki Mingəçevir şəhəri ərazisində qədim yaşayış məskəni olduğunu  bildirib. Əyyub Əyyubov  müasir Mingəçevirin yaranma və inkişaf tarixinə toxunaraq  onun salınmasında ölkə üçün strateji əhəmiyyət daşıyan Mingəçevir Su Elektrik Stansiyaları silsiləsinin tikintisinin xüsusi rol oynadığını vurğulayıb:

   “Təsadüfi deyil ki, Mingəçevir Azərbaycanın nur şəhəri adlandırılır.Bu səbəbsiz deyil. Vaxtilə minlərlə insanın zəhməti hesabına tikilib ərsəyə gələn Su Elektrik Stansiyası  zülmət içində olan Azərbaycanı nura  boyadı. Ardınca  ərazidə çoxsaylı iri sənaye müəssisələri  yaradıldı ki, bu da Mingəçevirin sıravi yaşayış məntəqəsindən  böyük və yaraşıqlı bir şəhərə çevrilməsinə zəmin yaratdı. Şəhər qurucularından danışarkən ilk növbədə  tikintinin başında dayanan  vətənpərvər şəxs İslam İslamzadə yada düşür. Amma etiraf etmək lazımdır ki, Azərbaycanda ilk siyasi hakimiyyəti dönəmindən etibarən  ulu öndər Heydər Əliyevin  Mingəçevirin inkişafı naminə qəbul etdiyi qərarlar müqayisəedilməzdir. Məsələn, Qafqaz regionunun enerji nəhəngi olan Azərbaycan İstilik Elektrik Stansiyası  məhz ümummilli  liderin iradə və qərarlılığı sayəsində inşa olunub. Eyni zamanda burada yeni müəssisələr, turist bazası, yaraşıqlı parklar, xiyabanlar salınıb. Mingəçevir həm də şairlərin, görkəmli yazıçıların yaratdığı əsərlərdə geniş vəsf olunub. Bu gün artıq  prezident cənab İlham Əliyev Mingəçeviri müasir Avropa şəhəri adlandırır. Məhz onun əməli dəstəyi və qayğısı sayəsində Mingəçevir mövcud sənaye potensialı ilə yanaşı, həm də qabaqcıl turizm və idman şəhərinə çevrilib. Təsadüfi deyil ki, Avropanın birinci idman oyunları  paytaxtla yanaşı, həm də doğma şəhərimizdə keçirildi. Minlərlə əcnəbi qonaq şəhərimizin gözəlliklərindən valeh oldu. Mingəçevir Turizm Kollecinin belə bir gözəl şəhərdə fəaliyyət göstərməsi heç şübhəsiz kollektivimizin imicini və yaradıcılıq imkanlarını daha da möhkəmləndirir.”

    Daha sonra  Mingəçevir şəhərinin müasir tarixindən bəhs edən sənədli filmə baxış keçirilib. Ardınca  yubileylə bağlı tələbələr arasında keçirilmiş  müsabiqə və idman yarışı qaliblərinə kollec rəhbərliyi tərəfindən fəxri diplomlar təqdim olunub.

   Konfransın işi digər məruzəçilərin çıxışları ilə davam etdirilib. Kollecin bədii kütləvi tədbirlər üzrə məsləhətçisi Əşrəf Əsgərov, pedaqoq Gülbəniz Həsənova və tələbə Ulduz Fərzəliyeva müvafiq olaraq “Mingəçevirdə keçən günlərim”, “Nur şəhəri Mingəçevir”, və  “70 yaşlı şəhərim” adlı məzmunlu çıxışlar edib. Çıxışlarda Mingəçevirin dünəni, bu günü, perspektivləri və gözəllikləri geniş əksini tapıb.

  Yubiley münasibətilə təşkil olunan  elmi nəzəri konfrans sonda  bədii bayram proqramı ilə davam etdirilib. Kollec özfəaliyyət qrupunun istedadlı yetirmələri rəngarəng musiqi və kompozisiya parçaları ilə çıxış edərək ürəkləri bayram əhval ruhiyyəsi ilə ovundurub.

  Qeyd edək ki,  ifası xüsusi maraq doğran tələbələr müəyyən edilərək seçilmişlər sırasına daxil edib. Onlar ümumşəhər yubiley təntələrində Mingəçevir Turizm Kollecini təmsil edəcək.


 
Əlavə edilmə tarixi: 08.11.2018   |   Baxılma sayı: 106

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını qeyd etdi.

İntellektual yarış
MTK- nın tələbə-gənclər təşkilatı tələbələrin asudə vaxtını səmərəli keçirməsi və öz bacarıqlarını nümayiş etdirə bilmələri üçün vaxtaşırı olaraq maraqlı tədbirlər təşkil edir.

Dövlət Müstəqiliyimizin 25-ci ildönümünün qeyd olunmasına həsr edilmiş tədbirlər planına uyğun olaraq,
Mingəçevir Turuzim Kollecində bilik yarışının ilk oyunu keçirildi

Çingiz müəllimin əziz xatirəsinə
Mingəçevir Turizm Kolleci kollektivinə ağır itki üz vermişdir. Kollecin təcrübəli pedaqoqlarından olan, kollektiv üzvlərinin hörmətini qazanmış Nəbiyev Çingiz Nəbi oğlu 63 yaşında vəfat etmişdir.

Mingəçevir Turizm Kollecində Bilik günü keçirilib
Yeni tədris ilinin ilk günü Mingəçevir Turizm Kollecində əsl bayram coşqusu ilə yadda qaldı. Tələbə, müəllim, valideyin və çoxsayda dəvətli qonağın iştirakı ilə baş tutan tədbirdə təhsil müəssisəsinin uğurlarından və perspektivlərindən söhbət açıldı, təbriklər dinlənildi və iştirakçılar həzin musiqi və rəqslərin müşayəti ilə unudulmaz anlar yaşadı.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci