ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində 12 noyabr Konstitusiya Günü münasibətilə Mingəçevir şəhər İcra Hakimiyyəti ilə birgə elmi-nəzəri konfrans keçirilib

Mingəçevir Turizm Kollecində mili Konstitusiya günü münasibətilə silsilə tədbirlər keçirilib.


           Mingəçevir Turizm Kollecində mili Konstitusiya günü münasibətilə silsilə tədbirlər keçirilib. İnşa və rəsm müsabiqələri təşkil olunub, fənn komissiyalarında və dəyrimi masa ətrafında pedaoq və tələbələrin iştirakı ilə fəal müzakirələr aparılıb. Təbirlərlər silsiləsi “Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Konstitusiyasının müəllifidir” adlı elmi- nəzəri konfransla yekunlaşıb. Konfrans öncəsi tədbir iştirakçıları kollecin foyesində əlamətdar milli tarixi təqvim münasibətilə təşkil olunmuş rəsm və əl işləri sərgisinə baxış keçirib, divar qəzetlərinin xüsusi  buraxılışları ilə tanış olub.

     Daha sonra konfrans zalında müzakirələr aparılıb. Öncə kollec rəhbərliyinin təklifi ilə Dövlət Himni iştirakçılar tərəfindən canlı ifa olunub.  Ardınca Azərbaycan Respublikasının milli Konstitusiyası haqında söhbət  açan kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov  Azərbaycan xalqının dövlətçilik yolu, milli Konstitusiyasının yaradılması istiqamətində aparılmış mərhələli işlər və bu  Konstitusiyanın vətəndaşlara təsbit etdiyi geniş hüquq və azadlıqlardan danışıb. Əyyub Əyyubov hələ  keçmiş  sovetlər  ittifaqı dönəmində ulu öndər Heydər Əliyevin  təşəbbüsü  və  israrı ilə ərsəyə gələn Konstitusiya müddəaları sırasına Azərbaycan dilinin dövlət dili statusu ilə daxil edilməsi faktını möhtəşəm xidmət adlandırıb:

       “Bu addımı həmin dövrdə atmaq demək olar qeyri mümkün idi. Yalnız Heydər Əliyev  gücü və iradəsi bunu mümkünə çevirə bilərdi. O da etdi. Əslində bu  və digər milli maraqlara xidmət edən həmin müddəalar gələcək müstəqil dövlətin  milli Konstitusiyasının  təməlini təşkil edirdi. Azərbaycan müstəqil dövlətçiliyini bərpa etdikdən və bu dövlətin idarəedilməsi ulu öndər Heydər Əliyevin səlahiyyətlərinə keçdikdən sonra  qeyd olunan istiqamətdə aparılan hazırlıq işləri prioritet təşkil etdi. Nəticədə  Azərbaycan dövlətinin və xalqının maraqlarını tam əks etdirən milli Konstitusiya yaradılaraq ümumxalq səsverməsi ilə qüvvəyə mindi. Söz, din azadlıqlarının, digər  beynəlxalq hüquqi dəyərlərin təsbit olunduğu bu Konstitusiya  güclü və demokratik dövlətçiliyin əsasını qoydu.  İndi  ölkə vətəndaşları  ən yüksək hüquqi təminat altında yaşayıb yaratmaq haqına sahibdir. Milli dəyərlərimiz, dilimiz,ərazi bütövlüyümüz və digər üstünlüklərimiz bu qanunlarla sığortalanıb. Ədalətli qanunlar bütün sahələrdə inkişafımızı təmin etməyə imkan verir.”

       Bundan sonra milli Konstitusiya tarixindən bəhs edən videoçarxa baxış keçirilib. Ardınca digər məzmunlu məruzələr dinlənilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Sahib Əliyev, kollec Həmkarlar İttifaqı Komitəsinin sədri, iqtisad elmləri namizədi, dossent İbrahim Əyyubov, pedaqoq Ceyhun Abdullayev və tələbə Ramil Həmzəyev  müvafiq olaraq  “Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının müdafiəsində Konstitusiyanın  rolu”, ”Ümummilli lider Heydər Əliyev  müstəqil Azərbaycan Respublikası Konstitusiyasının müəllifidir”, “Konstitusiyanın əsas müddəaları”  və “Azərbaycan Respublikasının inkişafında Konstitusiyanın həlledici əhəmiyyəti” mövzusunda çıxış edib. Çıxışlarda  vətəndaşlara şamil olunan bəşəri xarakterli hüquq və azadlıqlardan ətraflı söhbət açılıb.

       Konfrans tələbə özfəaliyyət qrupu fəallarının təqdim etdiyi ədəbi- bədii kompozisiya ilə davam etdirilib.


 
Əlavə edilmə tarixi: 12.11.2018   |   Baxılma sayı: 58

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını qeyd etdi.

İntellektual yarış
MTK- nın tələbə-gənclər təşkilatı tələbələrin asudə vaxtını səmərəli keçirməsi və öz bacarıqlarını nümayiş etdirə bilmələri üçün vaxtaşırı olaraq maraqlı tədbirlər təşkil edir.

Dövlət Müstəqiliyimizin 25-ci ildönümünün qeyd olunmasına həsr edilmiş tədbirlər planına uyğun olaraq,
Mingəçevir Turuzim Kollecində bilik yarışının ilk oyunu keçirildi

Çingiz müəllimin əziz xatirəsinə
Mingəçevir Turizm Kolleci kollektivinə ağır itki üz vermişdir. Kollecin təcrübəli pedaqoqlarından olan, kollektiv üzvlərinin hörmətini qazanmış Nəbiyev Çingiz Nəbi oğlu 63 yaşında vəfat etmişdir.

Mingəçevir Turizm Kollecində Bilik günü keçirilib
Yeni tədris ilinin ilk günü Mingəçevir Turizm Kollecində əsl bayram coşqusu ilə yadda qaldı. Tələbə, müəllim, valideyin və çoxsayda dəvətli qonağın iştirakı ilə baş tutan tədbirdə təhsil müəssisəsinin uğurlarından və perspektivlərindən söhbət açıldı, təbriklər dinlənildi və iştirakçılar həzin musiqi və rəqslərin müşayəti ilə unudulmaz anlar yaşadı.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci