ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində Mingəçevir şəhərinin 70 illik yubileyi qeyd olunub

Nur şəhəri Mingəçevirin muasir tarixinin 70 ilik yubileyi Mingəçevir Turizm Kollecində həftələrdir ki, davam edən çoxsaylı bayram tədbirləri ilə qeyd olunur.


Belə ki,  təhsil müəssisəsində öncədən müəyyən olunmuş  yubiley tədbirləri  planına  müvafiq olaraq kollecdə bilik yarışı, kitab sərgisi, “Muğan” poeması sənədli filminə  baxış,  rəsm və inşa müsabiqəsi, futbol turniri  və sərgi  keçirilib, eləcə dəHeydər Əliyev Mərkəzinə, şəhər tarix muzeyinə, Qafqazın ilk enerji nəhəngi olan Su Elektrik Stansiyasına pedaqoq və tələbələrin ekskursiyası təşkil olunub.Yeri gəlmişkən qeyd edək ki, tədbirlər silsiləsinə daxil olan rəsm vəəl işləri sərgisinin qapıları günlərdir ki,  izləyicilərin üzünə açıq saxlanılır. Yubiley ərəfəsinə təsadüf edən”70 yaşlı şəhərim” adlı elmi nəzəri konfrans iştirakçıları da qeyd olunan marağı nəzərə alaraq konfrans öncəsi sərgini ziyarət edib.Burada onlar  incəsənətin müxtəlif  janrlarınıəhatə edən  dəyərli sənət nümunələri ilə yaxından tanış olub.Tələbələrin yaradıcı uğurları hər kəsin maraq və rəğbətinə tuş gəlib.

Daha sonra  Mingəçevirin  70 illik tarixinə həsr olunmuş elmi –nəzəri konfransda maraqlı müzakirələr aparılıb. Kollecin direktoru,iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov çıxış edərək   ölkənin dördüncü  şəhəri olan Mingəçevirin qədim və müasir tarixi barədəətraflı məlumat verib.Hətta bir çox mənbələrdə indiki  Mingəçevir şəhəri ərazisində qədim yaşayış məskəni olduğunu  bildirib.Əyyub Əyyubov  müasir Mingəçevirin yaranma və inkişaf tarixinə toxunaraq  onun salınmasında ölkə üçün strateji əhəmiyyət daşıyan Mingəçevir Su Elektrik Stansiyaları silsiləsinin tikintisinin xüsusi rol oynadığını vurğulayıb:

“Təsadüfi deyil ki, Mingəçevir Azərbaycanın nur şəhəri adlandırılır.Bu səbəbsiz deyil.Vaxtilə minlərlə insanın zəhməti hesabına tikilib ərsəyə gələn Su Elektrik Stansiyası  zülmət içində olan Azərbaycanı nura  boyadı.Ardınca  ərazidə çoxsaylı iri sənaye müəssisələri  yaradıldı ki, bu da Mingəçevirin sıravi yaşayış məntəqəsindən  böyük və yaraşıqlı bir şəhərə çevrilməsinə zəmin yaratdı.Şəhər qurucularından danışarkən ilk növbədə  tikintinin başında dayanan  vətənpərvər şəxs İslam İslamzadə yada düşür.Amma etiraf etmək lazımdır ki, Azərbaycanda ilk siyasi hakimiyyəti dönəmindən etibarən  ulu öndər Heydər Əliyevin  Mingəçevirin inkişafı naminə qəbul etdiyi qərarlar müqayisəedilməzdir.Məsələn,   Qafqaz regionunun enerji nəhəngi olan Azərbaycan İstilik Elektrik Stansiyası məhz ümummilli  liderin iradə və qərarlılığı sayəsində inşa olunub.Eyni zamanda burada yeni müəssisələr, turist bazası, yaraşıqlı parklar, xiyabanlar salınıb.Mingəçevir həm dəşairlərin, görkəmli yazıçıların  yaratdığıəsərlərdə geniş vəsf olunub. Bu gün artıq  prezident cənab İlham Əliyev  Mingəçeviri müasir Avropa şəhəri adlandırır.Məhz onun əməli dəstəyi və qayğısı sayəsində Mingəçevir  mövcud sənaye potensialı ilə yanaşı, həm də qabaqcıl turizm və idman şəhərinə çevrilib. Təsadüfi deyil ki, Avropanın birinci idman oyunları  paytaxtla yanaşı,həm də doğma şəhərimizdə keçirildi.Minlərləəcnəbi qonaq şəhərimizin gözəlliklərindən valeh oldu. Mingəçevir Turizm Kollecinin belə bir gözəl şəhərdə  fəaliyyət göstərməsi   heç şübhəsiz kollektivimizin imicini və yaradıcılıq imkanlarını daha da möhkəmləndirir.”

Daha sonra  Mingəçevir şəhərinin müasir tarixindən bəhs edən sənədli filmə baxış keçirilib.Ardınca  yubileylə  bağlı tələbələr arasında keçirilmiş  müsabiqə və idman yarışı qaliblərinə  kollec rəhbərliyi tərəfindən fəxri diplomlar təqdim olunub.

Konfransın işi digər məruzəçilərin çıxışları ilə davam etdirilib.Kollecin bədii kütləvi tədbirlər üzrə məsləhətçisi Əşrəf Əsgərov, pedaqoq Gülbəniz Həsənova və tələbə Ulduz Fərzəliyeva müvafiq olaraq “Mingəçevirdə keçən günlərim”,“Nur şəhəri Mingəçevir”, və“70 yaşlışəhərim” adlı məzmunlu çıxışlar edib.Çıxışlarda Mingəçevirin dünəni, bu günü, perspektivləri və gözəllikləri genişəksini tapıb.

Yubiley münasibətilə təşkil olunan  elmi nəzəri konfrans sonda  bədii bayram proqramıilə davam etdirilib.Kollec özfəaliyyət qrupunun istedadlı yetirmələri rəngarəng musiqi  və kompozisiya parçaları ilə çıxış edərək ürəkləri bayram əhval ruhiyyəsi ilə ovundurub.

Qeyd edək ki,  ifası xüsusi maraq doğran tələbələr müəyyən edilərək seçilmişlər sırasına daxil ediib.   Onlar ümumşəhər yubiley təntələrində Mingəçevir Turizm Kollecini təmsil edəcək.

 


 
Əlavə edilmə tarixi: 10.11.2018   |   Baxılma sayı: 53

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını qeyd etdi.

İntellektual yarış
MTK- nın tələbə-gənclər təşkilatı tələbələrin asudə vaxtını səmərəli keçirməsi və öz bacarıqlarını nümayiş etdirə bilmələri üçün vaxtaşırı olaraq maraqlı tədbirlər təşkil edir.

Dövlət Müstəqiliyimizin 25-ci ildönümünün qeyd olunmasına həsr edilmiş tədbirlər planına uyğun olaraq,
Mingəçevir Turuzim Kollecində bilik yarışının ilk oyunu keçirildi

Çingiz müəllimin əziz xatirəsinə
Mingəçevir Turizm Kolleci kollektivinə ağır itki üz vermişdir. Kollecin təcrübəli pedaqoqlarından olan, kollektiv üzvlərinin hörmətini qazanmış Nəbiyev Çingiz Nəbi oğlu 63 yaşında vəfat etmişdir.

Mingəçevir Turizm Kollecində Bilik günü keçirilib
Yeni tədris ilinin ilk günü Mingəçevir Turizm Kollecində əsl bayram coşqusu ilə yadda qaldı. Tələbə, müəllim, valideyin və çoxsayda dəvətli qonağın iştirakı ilə baş tutan tədbirdə təhsil müəssisəsinin uğurlarından və perspektivlərindən söhbət açıldı, təbriklər dinlənildi və iştirakçılar həzin musiqi və rəqslərin müşayəti ilə unudulmaz anlar yaşadı.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci