ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecinin kollektivi Mingəçevir şəhərinin 70 illik yubiley təntənələrində yüksək fəallıq nümayiş etdirib

Müasir Mingəçevirin 70 illik yubileyini silsilə tədbirlərlə bayram edən Mingəçevir Turizm Kollecinin kollektivi yekun ümumşəhər tədbirində də fəallığı ilə diqqət mərkəzinə düşüb.


        Müasir Mingəçevirin 70 illik yubileyini  silsilə tədbirlərlə bayram edən Mingəçevir Turizm Kollecinin kollektivi yekun ümumşəhər tədbirində də fəallığı ilə diqqət mərkəzinə düşüb. Qeyd edək ki, tədbirdə şəhər İcra Hakimiyyəti, hüquq mühafizə orqanlarının rəhbərləri, rəsmi qonaqlar, digər bölgələdə yaşayan  tanınmış Mingəçevirlilər, respublikanın aparıcı televiziya kanallarının və informasiya agentliklərinin  bölgə təmsilçiləri, Mingəçevirin ictimaiyət fəalları, məktəblilər və tələbələr yaxından iştirak edib. Belə bir mötəbər yubileydə Mingəçevir Turizm Kolleci  də növbəti dəfə mövcud potensialını hər kəsə nümayiş etdirmək imkanı qazanıb. Belə ki, kollec yubiley mərasimində  pedaqoqlu, tələbəli  faəllıq göstərərək tədbirin təşkilatçılıq  işlərinə və gedişatına önəmli töfhə verib. Məsələn  yubiley təntənələrində nağıl qəhramanlarının ifasında təqdim olunan flasmob  böyük tamaşaçı rəğbəti  qazanıb. Maraqlısı  odur ki, zəngin təəssürat  və alqış qazanan  bu bədii nümunə məhz kollecin istedadlı yetirmələri tərəfindən hazırlanıb. Həmçinin kollec tələbələri  kukla teatrının tamaşa hazırığı prosesinə cəlb edilib. Ümumən isə kollektiv  teatr meydanında düzənlənən  bayram mərasimində ən böyük  guşə ilə təmsil olunub. Guşədə 100 dən artıq müxtəlif məzmunlu dəyərli eksponat kütləvi nümayişə çıxarılıb. Onların arasında  dəyərli əl işləri, rəsm əsərləri, yubiley münasibəti ilə xüsusi olaraq hazırlanmış  maketlər, tanıtım suvenirləri və digər əşşyalar,həmçinin təşviqat lövhələri yer alıb. Mingəçevir Turizm Kollecinin təmsilçilik guşəsinin  imkanları təkcə bu sadalananlarla da məhdudlaşmayıb. Belə ki, guşə həm də kollecin özfəaliyyət bölməsinə məxsus musiqi qrupu və istedadlı  ifaçı tələbələrlə diqqət mərkəzinə düşüb. Yeri  gəlmişkən qeyd edək ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən İlham İsmayılovun müşayəti ilə meydanı gəzib dolaşaraq  iştirakçıları salamlayan rəsmi qonaqlar Mingəçevir Turizm Kollecinin təmsilçilik guşəsi önündə xeyli müddət ayaq saxlayaraq  kolecin imkanları ilə yaxından tanış olub. Kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov qonaqlara  kollektivin  mövcud tədris potensialı, mədəni kütləvi tədbdirlərdə  yüksək fəallığı və digər uğurları barədə danışaraq  nümayiş olunan eksponatlarla bağlı hər kəsə ətraflı məlumatlar verib. Ardınca guşədə yer alan  kollec özfəaliyyət  qrupu  növbəti dəfə istedadlarını nümayiş etdirib. Üçlüyün ifasında təqdim olunan milli musiqi nömrəsi  rəsmi qonaqlarda və ümumən bayram tədbiri iştirakçılarının qəlbində xoş təəssüratlar yaradıb.

         Qeyd edək ki, Mingəçevir şəhərinin yubiley təntənələri Mingəçevir Dövlət Dram Teatrında davam etdirilib. Burada təbriklər səslənib, təltif mərasimi keçirilib və respublikanın tanınmış musiqiçiləri yubiley münasibəti ilə  maraqlı konsert proqramı nümayiş etdirib.


 
Əlavə edilmə tarixi: 12.11.2018   |   Baxılma sayı: 57

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını qeyd etdi.

İntellektual yarış
MTK- nın tələbə-gənclər təşkilatı tələbələrin asudə vaxtını səmərəli keçirməsi və öz bacarıqlarını nümayiş etdirə bilmələri üçün vaxtaşırı olaraq maraqlı tədbirlər təşkil edir.

Dövlət Müstəqiliyimizin 25-ci ildönümünün qeyd olunmasına həsr edilmiş tədbirlər planına uyğun olaraq,
Mingəçevir Turuzim Kollecində bilik yarışının ilk oyunu keçirildi

Çingiz müəllimin əziz xatirəsinə
Mingəçevir Turizm Kolleci kollektivinə ağır itki üz vermişdir. Kollecin təcrübəli pedaqoqlarından olan, kollektiv üzvlərinin hörmətini qazanmış Nəbiyev Çingiz Nəbi oğlu 63 yaşında vəfat etmişdir.

Mingəçevir Turizm Kollecində Bilik günü keçirilib
Yeni tədris ilinin ilk günü Mingəçevir Turizm Kollecində əsl bayram coşqusu ilə yadda qaldı. Tələbə, müəllim, valideyin və çoxsayda dəvətli qonağın iştirakı ilə baş tutan tədbirdə təhsil müəssisəsinin uğurlarından və perspektivlərindən söhbət açıldı, təbriklər dinlənildi və iştirakçılar həzin musiqi və rəqslərin müşayəti ilə unudulmaz anlar yaşadı.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci